2022-ci ilin aprel ayında bank sektorunun kredit portfeli 312,2 milyon manat artaraq 17 milyard 840,4 milyon manata çatıb. Martın sonunda sektorun kredit portfeli 17 milyard 528,2 milyon manat təşkil etmişdi.
Bizim.Media Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə müştərilərə verilmiş cəmi kreditlər 1 milyard 181,3 milyon manat artıb.
Mart ayının sonu ilə müqayisədə apreldə bank sektorunun biznes kreditləri portfeli 146 milyon manat artaraq 10 milyard 328,3 milyon manata, istehlak kreditləri portfeli 109,3 milyon manat artaraq 4 milyard 940,6 milyon manata, ipoteka kreditləri portfeli isə 56,9 milyon manat artaraq 2 milyard 571,5 milyon manata çatıb.
Apreldə istehlak və ipoteka kreditləri birlikdə 166,2 milyon manat artıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:44 / 24.05.2022
Azərbaycanda müştərilərə verilən kreditlərin HƏCMİ açıqlandı
Hazırda oxunan: Azərbaycanda müştərilərə verilən kreditlərin HƏCMİ açıqlandı
Hazırda oxunan: Azərbaycanda müştərilərə verilən kreditlərin HƏCMİ açıqlandı
75900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.