Bu bankların daşınmaz əmlakları hərraca çıxarılır

Hazırda oxunan: Bu bankların daşınmaz əmlakları hərraca çıxarılır

75468

İyunun 16-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Atrabank” və “Texnikabank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb. 

Məlumata görə, söhbət “Atrabank”a məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 58,35 kv.metrlik yaşayış sahəsindən və “Texnikabank”a məxsus Quba rayonu, Aşağı Xuç kəndində yerləşən 2,2639 hektarlıq qeyri-yaşayış sahəsindən gedir. 

Əmlaklara müvafiq olaraq 15 min manat və 5,5 min manat qiymət qoyulub. 

Xatırladaq ki, hər 2 bankın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarları ilə 2016-cı ildə ləğv edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin