Ukrayna ilə bir günlük müharibə Rusiyaya 500 milyon DOLLARA başa gəlir – ŞOK RƏQƏMLƏR 

Hazırda oxunan: Ukrayna ilə bir günlük müharibə Rusiyaya 500 milyon DOLLARA başa gəlir – ŞOK RƏQƏMLƏR 

75347

Ukrayna ilə bir günlük müharibə Rusiyaya nə az, nə çox, 500 milyon dollara və ya 35 milyard rubla başa gəlir. Bu hesabla, müharibənin bir ay davam etməsi Rusiya hökuməti üçün 15 milyard dollar və ya 1,1 trliyon rubl əlavə xərc deməkdir. 

Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Fikrət Yusifov “Facebook” hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden Ukraynaya 40 milyard dollarlıq yardımı imzalayacaq


Beynəlxalq hərbi ekspertlərin hesablamalarına istinad edən ekspert Rusiya mütəxəssislərinin də bu məsələdə ortaya çıxartdığı rəqəmləri açıqlayıb:

“Rusiyalı hərbi ekspertlər müvafiq olaraq 20 milyard dollar və 1,4 trliyon rubl olduğunu israr edirlər. Müharibə bir il davam etsə, o, Rusiya hökumətinə 180 milyard dollara və ya 12,6 trliyon rubla başa gələcək. Əhalisinin sayı 145 milyon nəfərdən bir qədər artıq olan Rusiyanın 2022-ci il üçün Federal büdcə xərcləri 23,7 trliyon rubl nəzərdə tutulub.

Beləliklə, müharibə davam edərsə, Rusiya hökuməti bir illik Federal büdcəsinin xərclərinin yarısından çox – yəni 12,6 trliyon rubl əlavə xərclər etməli olacaq.

Rəqəmlərin ölçülərini daha qabarıq göstərmək üçün bir müqayisə aparaq:  2022-ci ildə əhalisinin sayı 18 milyon nəfərə yaxın olan Moskva şəhərinin büdcə xərcləri 3,63 trilyon rubl, əhalisinin sayı 6 milyon nəfərdən çox olan Sankt-Peterburq şəhərinin büdcə xərcləri isə cəmisi 971,5 milyard rubl təşkil edəcək”, -deyə iqtisadçı qeyd edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin