Litva şirkətləri Bakı Limanı ilə maraqlanır

Hazırda oxunan: Litva şirkətləri Bakı Limanı ilə maraqlanır

74971

Litvanın aparıcı şirkətlərinin nümayəndələri tərəfdaşlıq imkanlarını araşdırmaq üçün Bakı Limanına səfər edib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC məlumat yayıb. 

Bildirilib ki, nümayəndə heyətinə kənd təsərrüfatı, qida və yüngül sənaye sahələrində fəaliyyət göstərən şirkətlərin rəsmiləri daxildir. Bakı Limanının Əsas yük terminalının rəisi Kamran Cəlili qonaqları dəniz və quru nəqliyyat növlərini birləşdirən liman terminallarının təkmilləşdirilmiş mexanizmləri, habelə limanın cari və gələcək yükaşırma imkanları ilə tanış edib. 

Nümayəndə heyətinin rəsmisi - Litva prezidentinin müşaviri Vaidas Augustianavicius Bakı Limanının dayanıqlı inkişaf təşəbbüsləri, ətraf mühitin qorunması və regionda dairəvi iqtisadiyyatın yaradılmasına töhfə vermək üzrə məqsədlərinin əhəmiyyətli olduğunu bildirib. 
Xatırladaq ki, bu gün Bakıda İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı Azərbaycan-Litva biznes forumu çərçivəsində keçiriləcək. Tədbirdə Litvanın 20-dən çox şirkəti təmsil olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin