Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39 001 borcalana 2 milyard 169 milyon 613 min manat kredit verib.
Bizim.Media xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 299 milyon 658 min manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 575 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:45 / 18.05.2022
Dövlət xəttilə ipoteka krediti götürənlərin sayı 39 mini keçdi
Hazırda oxunan: Dövlət xəttilə ipoteka krediti götürənlərin sayı 39 mini keçdi
Hazırda oxunan: Dövlət xəttilə ipoteka krediti götürənlərin sayı 39 mini keçdi
74924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.