İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakı Bəyannaməsi imzalandı

Hazırda oxunan: İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakı Bəyannaməsi imzalandı

74831

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Bakı Bəyannaməsi imzalanıb.

Bizim.Media xəbər verir ki, sənədi Azərbaycan, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərləri imzalayıblar.

Xatırladaq ki, qtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Nozirinin başçılıq etdiyi nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri, Qazaxıstan Parlament Məclisi sədrinin müavini, Qırğızıstan parlamentinin sədr müavini, İran parlamenti sədrinin birinci müavini Azərbaycana gəliblər.

Tərəflər Milli Məclisdə keçirilən İƏTPA-nın Üçüncü Ümumi Konfransında “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusunda müzakirə aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin