Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.
MÖVZU İLƏ BAĞLI:
Avropa şirkətləri Qarabağ və Şərqi Zəngəzurda investisiyalara MARAQLIDIR
Onun sözlərinə görə, təkcə yol və infrastruktur tikintisi sahəsində deyil, həm də sosial infrastruktur obyektlərinin yaradılması sahəsində işlər aparılır.
"Dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi üçün Azərbaycan hökuməti tərəfindən müvafiq layihələr təqdim olunur. Həmçinin Zəngəzur dəhlizi təkcə ölkəmiz üçün deyil, həm də regionun digər dövlətləri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq. Ağdam sənaye zonası və Araz vadisi iqtisadi zonası azad edilmiş ərazilərin inkişafının sürətlənməsi üçün imkanlar yaradır", - nazir deyib.
Bizim.Media