"Azərbaycan Avropa bazarına enerji resursları tədarükünü davam etdirir və biz həcmlərin yalnız artacağını gözləyirik".
Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Avropa şirkətləri Qarabağ və Şərqi Zəngəzurda investisiyalara MARAQLIDIR
Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında əməkdaşlığın əsas sahəsi neft-qaz sənayesi, eləcə də nəqliyyat sektorudur:
"Gələcəkdə Alternativ enerjinin inkişafı və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi də gözlənilir. Ölkəmiz yük daşımaları üçün münbit qovşaqdır. Bizim limanımız və iqtisadi zonalarımız hazırkı əməkdaşlığı genişləndirməyə və Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsini artırmağa imkan verir”.
Alçina Amilqızı, Bizim.Media