Avropa şirkətləri Qarabağ və Şərqi Zəngəzurda investisiyalara MARAQLIDIR

Hazırda oxunan: Avropa şirkətləri Qarabağ və Şərqi Zəngəzurda investisiyalara MARAQLIDIR

74723

Avropa şirkətlərinin 54 faizi Qarabağ və Şərqi Zəngəzurda investisiyalara maraqlıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmış “Aİ və Azərbaycanda Biznes Mühiti-2021” hesabatında qeyd edilib.

Şirkətlərin yalnız 14 faizi artıq gələcək investisiyalar istiqamətində addımlar atıb, 40 faizi isə hələ də yaxşı imkanlar və layihələr elanını gözləyir.  

Respondentlərin 34 faizi hələ iqtisadi rayonlara investisiya qoymağı fikirləşmir, lakin gələcəkdə belə imkanlara açıqdır. Avropa biznesmenlərinin yalnız 12 faizi iqtisadi rayonlara investisiya imkanlarını nəzərə almır.

Hesabatda həmçinin qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında layihələr üzrə büdcə xərclərinin artırılması və yeni imkanların açıqlanması Azərbaycanda özəl sektorun dövlət satınalma prosedurlarına və onların şəffaflığına marağı gücləndirib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mülki tikinti, alternativ enerji, yaşıl layihələr və nəqliyyat infrastrukturu layihələri investisiyalar üçün ən cəlbedici istiqamətlər sırasındadır və respondentlərin 30 faizdən çoxu tərəfindən seçilib.  
Avropa şirkətlərinin dörddə biri kənd təsərrüfatı və istehsala üstünlük verib və bu, regionlara investisiya üçün perspektivli istiqamət kimi də hesab edilə bilər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin