SOCAR “Darvin bankası”x9d -na yeni özül quraşdıracaq

Hazırda oxunan: SOCAR “Darvin bankası”x9d -na yeni özül quraşdıracaq

74425
Şirkət məlumat yaydı.

2015-ci ildə “Darvin bankası”x9d yatağında yeni 790 nömrəli stasionar dəniz özülü quraşdırılacaq.

Moderator.az -a bu barədə SOCAR-dan məlumat verilib.  

“14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özüldə müasir qazma avadanlığı, 37 nəfərlik vaqon tipli yaşayış evləri, yükqaldırma qabiliyyəti 25 ton olan iki qaldırıcı kran, yanğından və korroziyadan mühafizə sistemləri, eləcə də digər zəruri avadanlıqlar quraşdırılacaq. Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə dizel elektrik generatorları yerləşdiriləcəkdir. İnşaat və istismar müddətində özüldə ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək”x9d- deyə, SOCAR-ın məlumatında deyilir.

Qeyd edək ki, özülün tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. 790 nömrəli özüldən qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcəyi gözlənilir.

Xatırladaq ki, “Neftqazelmitədqiqatlayihə”x9d İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı “Neftqaztikinti”x9d Trestidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin