Azərbaycanda sənaye zonalarına qoyulan investisiyanın həcmi açıqlandı

Hazırda oxunan: Azərbaycanda sənaye zonalarına qoyulan investisiyanın həcmi açıqlandı

74018

Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 mlrd. manatdan çox investisiya yatırılıb və 10 mindən çox daimi iş yeri yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln. manatadək investisiyanın yatırılması və 2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,5 mlrd.manatdan çox məhsul istehsal edilib, bunun 2,1 mlrd. manatı (təqribən 32 %-i) ixrac olunub.

Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2021-ci ilin I rübündə sənaye zonalarında 373 mln. manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin I rübündə 82,6% (681 mln. manatlıq) məhsul istehsal olunub. İxrac isə 2021-ci ilin analoji dövrü (119,9 mln. manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq 318 mln. manat təşkil edib.

2022-ci ilin I rübündə 681 mln. manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,8%, qeyri-neft sənaye məhsullarının ixracında 36,3 % (318 mln. manat) olub.
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 40-dan çox ölkəsinə ixrac edilib.

Xatırladaq ki, indiyədək sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin