“Lukoyl” Rusiyada yüzlərlə “Shell” yanacaqdoldurma məntəqəsi alacaq

Hazırda oxunan: “Lukoyl” Rusiyada yüzlərlə “Shell” yanacaqdoldurma məntəqəsi alacaq

73983

LUKOIL şirkəti Shell plc-nin Rusiyada törəmə şirkəti hesab edilən və neft məhsullarının pərakəndə satışı və sürtkü yağları istehsal edən Shell Oil MMC-nin 100% payının alınmasına dair müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya neft şirkəti bildirib.

Şirkətin aktivlərinə əsasən Rusiyanın Mərkəzi və Şimal-Qərb federal rayonlarında yerləşən 411 yanacaqdoldurma məntəqəsi, həmçinin Tver vilayətində sürtkü yağları istehsalı zavodu daxildir. 
Şirkət, əməliyyatın Federal Antiinhisar Xidmətinin (FAS) təsdiqini aldıqdan sonra tamamlanacağını açıqlayıb. 

“Shell-in Rusiyadakı yüksək keyfiyyətli biznesinin alınması LUKOIL-un pərakəndə satış şəbəkəsini, eləcə də sürtkü yağları biznesini inkişaf etdirmək strategiyasına tam uyğundur”.  LUKOIL-un neft satışı üzrə vitse-prezidenti Maksim Donde belə deyib.

Shell-in downstream seqmentinin direktoru Haybert Vigeveno işçilərin rifahının əsas prioritet olduğunu söyləyib:

“Bu sövdələşmənin bir hissəsi olaraq Shell Oil MMC-nin 350-dən çox əməkdaşı yeni sahibi ilə əmək münasibətlərini davam etdirəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin