Ukrayna Avropaya qaz tranzitini DAYANDIRDI

Hazırda oxunan: Ukrayna Avropaya qaz tranzitini DAYANDIRDI

73728

Ukrayna Rusiya hərbçiləri tərəfindən Luqansk vilayətində ələ keçirilən "Soxranovka" stansiyası vasitəsilə qazın Avropaya tranzitini dayandırıb.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın GTS şirkəti məlumat yayıb.

Şirkət fors-major vəziyyətin baş verdiyini açıqlayıb. Avropaya tranzitin demək olar ki, üçdə biri "Soxranovka" vasitəsilə reallaşır.
Belə ki, 11 may 2022-ci il saat 07:00-dan qovşaqdan qaz qəbul edilməyəcək.

Eyni zamanda, Ukrayna avropalı tərəfdaşlar qarşısında tranzit öhdəliklərini tam həcmdə və müqavilənin şərtlərinə uyğun yerinə yetirmək üçün tranzitin müvəqqəti başqa ərazidən həyata keçirilməsini düşünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin