Azərbaycanın qiymətli kağızlar bazarı 24% böyüyüb

Hazırda oxunan: Azərbaycanın qiymətli kağızlar bazarı 24% böyüyüb

73671

Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 5 284,1 milyon manatlıq əməliyyat aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Mərkəzi Bankı yayıb.
Mənbə qeyd edir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % çoxdur.

Rüblük göstəricinin 2 858,1 milyon manatlıq hissəsi ilkin bazarda (2,7% çox), 2 426 milyon manatlıq hissəsi isə təkrar bazarda (62,9% çox) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 2 971 əqd bağlanılıb. Bu, illik müqayisədə 4,8% çoxdur. Əqdlərin 517-si ilkin bazarın (5,3% çox), 2 454-ü isə təkrar bazarın (4,7% çox) payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin