Azərbaycanda vergi daxiolmalarındakı kəskin artımın 4 ƏSAS SƏBƏBİ

Hazırda oxunan: Azərbaycanda vergi daxiolmalarındakı kəskin artımın 4 ƏSAS SƏBƏBİ

73433

“Bu ilin yanvar-aprel ayları üzrə ümumi vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 55%-dən çox artıb. Qeyri-neft sektoru üzrə isə artım 49,7% olub”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Eskpert sözügedən artımın səbəblərinə də diqqət çəkib:

“Birincisi, iqtisadiyyatın ağardılması istiqamətində işlərin görülməsidir. Bu, vergi daxiolmalarının səviyyəsinə ciddi təsir göstərir. Digər məqam isə inflyasiya ilə bağlıdır. İnflyasiyanın hazırki səviyyədə  olması avtomatik olaraq qiymətlərin qalxmasına, xidmətlərin bahalaşmasına, digər sahələrdə qiymət artımlarına gətirib çıxarır. Bu da vergi yığımının səviyyəsinə öz təsirini göstərib”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda vergi daxilolmaları 55,2% artdı


Eldəniz Əmirov neftin qiymətlərinin yüksək olmasının və pandemiyanın geridə qalmasının da vergi daxilolmalarına təsir etdiyini bildirib:

“Neft qiymətlərinin yuxarı olması, qeyri-neft sektorunda da aktivliyi daha da artırır. Çünki neftdən daxil olan vəsait ölkə iqtisadiyyatının digər sektorlarında da aktivlik yaradır. Buna görə də pandemiyanın geridə qalması, post-pandemiya dönəmində iqtisadi aktivliyin artması, müharibədən dolayı neft qiymətlərinin yuxarı səviyyədə olmasını vergi daxilolmalarının artmasına səbəb olan üçüncü və dördüncü faktorlar kimi qiymətləndirmək olar”.  

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) açıqlamasına görə, 2022-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 5 mlrd. 35,4 mln. manat vergi daxil olub, proqnoza 150,5% əməl edilib.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmalarının 55,2% və ya 1 mlrd. 791,5 mln. manat artdığını göstərir.


Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin