“Pensiya yaşını azaltmaq yox, həcmini artırmaq lazımdır” – İQTİSADÇI məsələyə NÖQTƏ qoydu

Hazırda oxunan: “Pensiya yaşını azaltmaq yox, həcmini artırmaq lazımdır” – İQTİSADÇI məsələyə NÖQTƏ qoydu

73205

“Ümumilikdə Azərbaycanda təqaüd sisteminin yenidən işlənməsinə ehtiyac var. Təqaüdə çıxma yaşı, özəl təqaüd fondlarının yaradılmasına icazə verilməlidir, sosial sığorta fonduna işçilərin yığdığı vəsaitlərlə bağlı aydın təsəvvürlər olmalıdır”. 

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli pensiya yaşının azadılması ilə bağlı məsələdən danışarkən qeyd edib.

Onun sözlərinə görə Azərbaycanda təqaüdlərlə bağlı son 15 ildə təqribən 3 dəfə müxtəlif dəyişikliklər olub:
 

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalı pensiya yaşına etiraz etdi: “Haradadır haqq, haradadır ədalət?” 


“Bu dəyişikliklərin tez-tez baş verməsi doğru deyil. Vətəndaşları, işə götürənləri və işçilərin özlərini də çaşdıran elementə çevrilib. Çünki hesablama qaydaları tez-tez dəyişdirilir, təqaüdlərin hesablanması ilə bağlı ciddi suallar yaranır”.  

Ekspert pensiya yaşının artırılması ilə bağlı bir neçə il əvvəl verilən qərarın yalnış olduğunu və yenidən geri dönüşlə bağlı müzakirələrin başlanılmasını məntiqsiz hesab edir:

“Bir neçə il öncə qərar verilərkən beynəlxalq təcrübəyə əsaslanıldı. Amma nədənsə orada təqaüdlərin həcmindən deyil, yaşından daha çox danışıldı. Avropada bu qərarlar ona görə alınırdı ki, orada demokrafik problem var. Vətəndaşların böyük hissəsi yaşlıdır. Orada təqaüd yaşı artırılarkən insanlar buna etiraz edib küçələrə çıxırdılar.

Parlamentə və hökumətə etiraz edirdilər. Azərbaycanda o problem yoxdur, demokrafik vəziyyət də, əhalinin orta yaşı da normaldır.

Avropadan fərqli olaraq uzunömürlülük daha azdır. Bizdə insanlar təqaüdün artırılmasından narahat deyil, çünki pensiyanın həcmi azdır. Maaş daha yüksəkdir və əməkhaqqı almaq sərfəlidir.
Məsələn, müəllimlərə təqaüdə çıxmaları sərf etmir. Çünki məktəblə yanaşı əlavə şagird hazırlayırlar, bayramlarda hədiyyə qəbul edir. Təqaüd aşağıdır deyə, vətəndaş daha çox işləyib maaş almağa üstünlük verir. O vaxt bu qərar qəbul olunanda yalnış idi. İndi yenidən geri dönməklə bağlı söyləntilər var. Problemlərin düyün nöqtəsi tək yaşla bağlı deyil. Ümumiyyətlə təqaüd sistemində ciddi boşluqlar var”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin