Latviya şirkətləri azad olunan ərazilərdə əməkdaşlığa cəlb olunur

Hazırda oxunan: Latviya şirkətləri azad olunan ərazilərdə əməkdaşlığa cəlb olunur

73174

Latviyalı iş adamlarına Azərbaycanın kənd təsərrüfatı, aqrar sahə xüsusən, işğaldan azad olunan ərazilərdə mövcud olan potensial və xarici investorların bu sahəyə göstərdiyi maraq barədə ətraflı məlumatlar verilib. 

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan məsələlərə dair müzakirələr Latviyanın “Cleantech Latvia” şirkətlər qrupunun nümayəndə heyəti keçirilən görüş zamanı aparılıb. 

Bununla yanaşı, Azərbaycan üçün klasterlərin yaradılması ilə bağlı Latviya təcrübəsinin maraqlı ola biləcəyi vurğulanıb. 

“Cleantech Latvia” klasterinin İcraçı direktoru Evia Pudane Azərbaycanda kənd təsərrüfatı, su sənayesi, informasiya texnologiyaları, peşə təhsili, tikinti üzrə mühəndislərin sertifikasiyası kimi sahələrlə bağlı mövcud olan iş imkanları ilə maraqlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin