Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 milyon ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Qurumun hazırladığı “İxrac icmalı”nın may sayına əsasən, qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 268,6 milyon ABŞ dolları və ya 38,5 % artıb.
MÖVZU İLƏ BAĞLI:
"Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 49,7 % artıb" - Mikayıl Cabbarov
2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % artaraq 162,6 milyon ABŞ dolları təşkil edib.
Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6 %, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3 %, pambıq iplik ixracı 19,8 %, pambıq lifi ixracı isə 6,8 % artıb.
2022-ci ilin aprel ayı üzrə ixrac 3,8 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 22 % təşkil etməklə 238,3 milyon ABŞ dolları olub. 2022-ci ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2 % artaraq 51,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 27,2 % artaraq 186,9 milyon ABŞ dolları təşkil edib.
Bizim.Media