"Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 49,7 % artıb" - Mikayıl Cabbarov 

Hazırda oxunan: "Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 49,7 % artıb" - Mikayıl Cabbarov 

73024

Bu ilin yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 % artaraq 5 milyard 35,4 milyon manat təşkil edib və proqnoz 150,5 % səviyyəsində icra olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb. 

"Ölkə iqtisadiyyatının bərpası prosesinin sürətləndirilməsi və vətəndaşlarımızın rifahının daha da yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsi olaraq dövlət büdcəsinə vergi daxilolmalarında növbəti dəfə yüksək göstəricilər əldə olunub", nazir qeyd edib. 

M.Cabbarovun sözlərinə görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 49,7 % artaraq 3 milyard 430,2 milyon manat olub və proqnoz 133,5 % yerinə yetirilib:

"Bu nailiyyətin əldə edilməsində önəmli rolu olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına,eləcə də bütün vicdanlı sahibkarlara gərgin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin