Azərbaycan Xalq Cümhuriyyətinin dövründə tədavüldə olan pul əsginasları hərracda satılıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkədə təşkil olunmuş hərrac mayın 4-ü 23:00-da başa çatıb.
İlkin qiymət olaraq beş manat məbləğ təyin olunmuş lot - 1919-cu ildə çap olunmuş 250 manatlıq əsginas hərracda cəmi 40 manata satılıb.
Üzərində Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə və xalq maarifi naziri Nəsib bəy Yusifbəylinin imzası olan sözügedən əsginasla yanaşı, həmçinin hərracda Azərbaycanda Sovet hakimiyyəti yarandığı ilk dövrdə tədavülə buraxılmış 1000 manatlıq əsginas da satılıb.
Maraqlıdır ki, cümhuriyyət dönəminə aid 250 manatlıq əsginas 1000 manatlıq əsginasdan cəmi 10 manat artıq qiymətə satılıb.
Başqa sözlə, 1000 manatlıq əsginası alan şəxs onun üçün 30 manat ödəməli olub.
Hər iki əsginası eyni şəxsin əldə etdiyi bildirilir. (oxu.az)
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:19 / 05.05.2022
Cümhuriyyət dövründə tədavüldə olan pul 40 manata satıldı - FOTO
Hazırda oxunan: Cümhuriyyət dövründə tədavüldə olan pul 40 manata satıldı - FOTO
Hazırda oxunan: Cümhuriyyət dövründə tədavüldə olan pul 40 manata satıldı - FOTO
72922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.