Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 509 milyon tondan çox (3,82 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Bizim.Media bu barədə bp şirkətinə istinadən məlumat verir.
Qeyd edək BTC boru kəmərinin ümumi uzunluğu 1 768 kilometrdir.
BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:33 / 05.05.2022
BP BTC kəməri ilə neft ixracının həcmini açıqladı
Hazırda oxunan: BP BTC kəməri ilə neft ixracının həcmini açıqladı
Hazırda oxunan: BP BTC kəməri ilə neft ixracının həcmini açıqladı
72896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.