Dünyanın gözlədiyi toplantıda QƏRAR VERİLDİ - DOLLAR BAHALAŞDI - YENİLƏNİB

Hazırda oxunan: Dünyanın gözlədiyi toplantıda QƏRAR VERİLDİ - DOLLAR BAHALAŞDI - YENİLƏNİB

72788

ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FRS) faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,5-0,75%-ə çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə FED-in məlumatında qeyd olunur.

Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2022-ci ilin martında olub.

***

Qlobal bazarların gözü ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gün açıqlayacağı faiz qərarındadır. 

Bizim.Media xəbər verir ki, FED-in toplantısından öncə dollar indeksi və qızılın qiyməti diqqət çəkib. Belə ki, dollar bütün dünyada bahalaşıb.

Dollar indeksi təxminən 20 ilin ən yüksək səviyyəsinə - 104 punkta çatıb. Qızıl isə 1850 dollara qədər ucuzlaşaraq son 2 ayın ən aşağı səviyyəsini görüb.
Təxminən 2 il davam edən pandemiya dövründə həyata keçirilən sərbəst pul siyasəti dünyada inflyasiyanı artırıb. Bu baxımdan FED-in faiz dərəcəsini ən azı 50% artıracağı gözlənilir. 

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin