ABŞ Rusiyaya təzyiq üçün neft qiymətlərini azalda bilərmi? – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: ABŞ Rusiyaya təzyiq üçün neft qiymətlərini azalda bilərmi? – İlham Şabanın ŞƏRHİ

72691

Ukraynada hərbi əməliyyatlara start verdikdən sonra Rusiya dünyanın ən çox sanksiya tətbiq olunan ölkəsinə çevrildi. Lakin şimal qonşumuzun dövlət gəlirlərinin 45%-ni təşkil edən neft və qaz ixracı ciddi sanksiyalara məruz qalmadı. Eləcə də neft qiymətlərinin yüksək olması da Rusiya iqtisadiyyatına dəyən zərbənin şiddətini xeyli azaltdı.

Məlumat üçün bildirək ki, ötən həftə açıqlanan statistikaya görə müharibənin başladığı vaxtdan etibarən Avropa İttifaqı ölkələri Rusiya neftinə görə şimal qonşumuza 37 milyard dollar pul ödəyib.

İddialardan biri də ondan ibarətdir ki, ABŞ əlindəki resurslardan istifadə etməklə neftin qiymətini aşağı salaraq Rusiya iqtisadiyyatına daha ağır zərbə vurmaq imkanına baş vurmur.

Bəs, həqiqətən də Ağ Ev neft qiymətlərinə ciddi təsir edə bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:

OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...


Mövzunu Bizim.Media üçün şərh edən iqtisadçı-ekspert İlham Şabanın sözlərinə görə, neft qiymətləri hələ müharibə başlamamışdan öncə 100 dolları aşıb:

“I rübün yekunu olaraq “Brent” marklı neft 100 dolların üzərində təklif olunub. Neftin qiymətini artıran əsas səbəb, təbii ki, Rusiya-Ukrayna müharibəsi və onun fəsadlarıdır. Bazar iştirakçılarını qorxudan və neftin qiymərini yüksək səviyyədə saxlayan məsələ budur ki, Rusiya gündəlik 11 milyon barellik neft hasilatının 7 milyonunu dünya bazarına çıxarırdı və bu həcmlərin kifayət qədər azalması bazarda tələb-təklif tarazlığını pozmağa gətirəcəkdi. Çünki istər neft, istərsə də qaz sektorunda onu əvələyəcək həcmləri qısa zamanda ortaya qoymaq mümkün deyil”.

İlham Şaban 2022-ci il üçün neft qiymətləri ilə bağlı proqnozlarını da açıqlayıb:

“Neft ixracı və qiymətləri məsələsində hər şey kommersiya üzərindəndir. Bunun üçün əlavə yataqlar qazılmalı, logistik imkanlar genişlənməlidir. Bu da minimum 1-2 il zaman tələb edir. Ümumilikdə isə, birinin bazardan sıxışdırılıb çıxarılması təqribən 3 il vaxt tələb edir. Nəticə etibarilə, bu il üçün neftin qiymətinin 105 dollar olacağını proqnozlaşdırırlar. Gələn il üçün təbii ki, rəqəmlər bundan az olacaq. Lakin ümumilikdə itirən Rusiya olacaq. Çünki Rusiya 60-ci illərdən etibarən davamlı olaraq artırdığı payını getdikcə daha da azladacaq”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin