Sabah Milli Məclisin növbəti sessiyası keçiriləcək.
Maraqlıdır,
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Qubad İbadoğlu
parlamentdə hansı məsələlərin müzakirə edilib, hansı problemlərin həll edilməsini
daha zəruri hesab edir? Əgər Q.İbadoğlunun parlamentin sabahkı iclasında
iştirak etsəydi, o zaman Milli Məclisdə hansı məsələləri qaldırardı?
Bununla
bağlı Moderator.az-a açıqlama verən tanınmış iqtisadçı onu narahat edən
problemlərə diqqət çəkib:
“Ötən
il Ümumi Daxili Məhsulun artım tempinin aşağı düşməsi narahatçılıq doğurur. 2014-cü ildə dünya üzrə orta artım tempi 3,31 faiz olduğu halda, Azərbaycanda 2,8 faiz qeydə alındı. Eyni zamanda bu artımın real sektorun
hesabına baş verməməsi də narahatçılıq yaradır. Çünki ötən sənayedə ümümi məhsul
istehsalı 2013-cü ilə nisbətən 0,7 faiz, kənd təsərrüfatında 2,9 faiz azalıb. Belə
olan halda hökümət ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində və real sektorun inkişafı sahəsində hansı təsirli addımların atılmasını planlaşdırır.
İkincisi,
ötən il neftin dünya bazar qiymətləri büdcə üzrə
proqnozlaşdıırlandan yuxarı olsa da, büdcə xərcləri 93,2 faiz
yerinə yetirilmiş və hətta buna baxmayaraq ötən ilin büdcəsində 298 milyon
manatlıq kəsir yaranmışdır. Soruşmaq istərdim ki, bu il hökümət maliyyə
davamlılığını təmin edəcək hansı əlavə tədbirlər planlaşdırır?
Hökümətin bu ilin büdcəsinə yenidən baxmaq planı varmı?
Əgər varsa, onda hansı xərclərin ixtisarı nəzərdə tutulur?
Üçüncüsü,
manatın devalvasiyası, neft qiymətlərinin aşağı düşməsi
və qonşu Rusiyadakı iqtsiadi vəziyyətin Azərbaycana mümkün təsirləri göstərir
ki, bu il üçün həm dövlət və həm də biznes, eləcə də istehlakçlar yeni iqtisadi
şəraitdə fəaliyyət gsötərməlidir. Hökümət biznesi və istehlakçıları yeni
iqtisadi şəraitə uyğunlaşdırmaq üçün hansı simulyasiya və sosial proqramlar
planlaşıdırır?
Nəhayət, ötən il orta aylq əmək haqqı 442 manat 10 qəpik
olub. İqtisadi Tədqiqatlar Mərkəzinin apardığı alternativ hesablamalar göstərir ki, minimum istehlak səbəti əmək qabliyyətli əhali üçün 215.1
manat, pensiyaçılar üçün 164.3 manat, 0-15 yaşlı uşaqlar üçün isə 223,2 manat təşkil edir. bu
o deməkdir ki, ailədə 1 nəfər uşaq olanda onun minimum xərcləri 653,3 manat
olmaldır. Ailədə 1 nəfər işlədiyi halda orta Azərbaycanlı ailəsi bu xərcləri
necə qarşılamaldır? İşləməyənlər nə etməlidirlər?
Eyni zamanda təklif edərdim ki, yeni iqtisadi
situasiyada dövlət idarəetmə aparatında mərhələli islahatlara start verilsin,
nazirliklərin və komitələrin sayı 1,5-2 dəfəyədək azaldılsın”x9d.
































































































