Daha bir neçə Rusiya bankı SWIFT-dən ayrılacaq - Jozep Borrel

Hazırda oxunan: Daha bir neçə Rusiya bankı SWIFT-dən ayrılacaq - Jozep Borrel

72489

"SWIFT" Beynəlxalq banklararası ödəniş sistemindən ayrılacaq Rusiya banklarının siyahısının genişləndiriləcək.

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrell Panamaya səfəri zamanı jurnalistlərə deyib.

"SWIFT sistemindən çıxarılacaq daha çox Rusiya bankı olacaq. Enerji sektorunda biz Rusiya neftinin idxalına təsir edəcək tədbirlər axtarırıq", - deyə C.Borrel bildirib.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson mayın 3-də Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketinin müzakirə ediləcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin