Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,45 ABŞ dolları və ya 2,2% artaraq 112,62 dollar təşkil edib.
Dünən “Brent” markalı neftin bir bareli 107,26 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
							10:01 / 30.04.2022
							
						Azərbaycan nefti bahalaşıb
						
							
								Hazırda oxunan: Azərbaycan nefti bahalaşıb							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Azərbaycan nefti bahalaşıb							
						72149
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































