“Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizlərinin hələ də yüksək olmasıdır. Depozit faizlərində müəyyən azalmaların müşahidə edilməsinə baxmayaraq hələ də kreditlər baha təklif olunmaqdadır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov açıqlayıb.
“Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 18 milyard 7 milyon manatdır. Baş bankın hesablamalarına görə, ölkə üzrə orta kredit faizi 11.86 faiz, milli valyutada isə 14.28 faizdir.
Kredit faizlərinin yüksək olması nə ilə bağlıdır? Faizlərin aşağı salınması üçün nələrin edilməsinə ehtiyac var?
Kreditlərin bahalı olması real sektorda gəlirlilik səviyyəsinin yüksək olması ilə əlaqədar olsa da bank sektorunda rəqabətin zəif olması əsas səbəblərdəndir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kredit faizlərinin azalması birbaşa banklar arasında rəqabətin daha gücləndirilməsindən keçir. Doğrudur, Azərbaycanda depozitlər üzrə faizlər yüksək olması da kreditləri bahalaşdırır. Amma bununla belə, yenə də kredit faizləri bir sıra hallarda depozit faizlərini 2 dəfəyə yaxın üstələyir” – deyə deputat qeyd edib.
Onun sözlərinə görə, kredit faizlərinin aşağı salınması üçün bank sektorunda rəqabətin güclənməsi, bu sektorda konservativ siyasətdən mərhələli şəkildə liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var:
“Rəqabətin güclənməsi, kredit faizlərinin aşağı salınması üçün baza formalaşdıra bilər. Bütün hallarda isə, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:05 / 29.04.2022
Azərbaycanda kredit faizlərinin aşağı salınması üçün nələr edilməlidir? – HƏLL YOLU
Hazırda oxunan: Azərbaycanda kredit faizlərinin aşağı salınması üçün nələr edilməlidir? – HƏLL YOLU
Hazırda oxunan: Azərbaycanda kredit faizlərinin aşağı salınması üçün nələr edilməlidir? – HƏLL YOLU
72017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.