Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Füzuli rayonunun Dədəli (1) və Pirəhmədli (2), Kəlbəcər rayonunun Zallar (3) və Yanşaq (4), Xocavənd rayonunun Tuğ (5) və Hadrut (6), Cəbrayıl rayonunun Xudafərin (7), Kəlbəcər rayonunun Zar (8) və Laçın rayonunun Şəlvə (9) kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının əsaslandırılması işləri ilə ilə bağlı elan etdiyi 9 açıq tenderə yekun vurub.
Bizim.Media dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “BİMD” QSC (1-4-cü tenderlər), "REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited" şirkətinin yerli filialı (5-6-cı tenderlər), “Bureau Mühit” MMC (7-9-cu tenderlər)-dir.
Qalib şirkətlərə müvafiq olaraq 1,53 milyon manat, 4,366 milyon manat və 848 min manat, ümumilikdə isə 6,744 milyon manat ödəniləcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:16 / 29.04.2022
Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınmasına başlanılır
Hazırda oxunan: Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınmasına başlanılır
Hazırda oxunan: Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınmasına başlanılır
71987
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.