Avro dəyərdən düşməyə davam edəcəkmi? - ŞƏRH

Hazırda oxunan: Avro dəyərdən düşməyə davam edəcəkmi? - ŞƏRH

71916

Avro 5 ilin ən aşağı həddinə ucuzlaşıb. 1 avro 1.05 dollara və 1.78 manata bərabər olub. Xatırladaq ki, 1 il əvvəl 1 avro 2.05 manat idi.

İqtisadçı ekspert Fərid Mehralızadə Bizim.Media-a avronun dəyərdən düşməsini şərh edib:

“Burada əsas məsələ avronun ucuzlaşması deyil, dolların bahalaşmasıdır. Azərbaycanda artıq 4 ildir ki, manat məzənnəsi dondurulub. Avro manata qarşı yox, dollara qarşı ucuzlaşıb. Dollar bütün dünya bazarlarında dəyərlənib. Bu da onunla bağlıdır ki, Amerikada inflyasiya gözləntiləri yuxarıdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Avro və lirə ucuzlaşdı - MƏZƏNNƏ 


Ekspert bildirir ki, bununla əlaqədar əvvəldən xəbərdarlıq edilib. FED açıqlama vermişdi ki, inflyasiya göstəriciləri yüksək olduğu üçün onlar öz faiz dərəcəsini qaldıra bilərlər.

Avronanın gələcəkdə taleyi isə müəmmalıdır:

“Bunun nə qədər davam edəcəyi qlobal iqtisadi vəziyyətdən asılıdır. Ərzaq məhsulları ilə bağlı situasiya davam etsə, bu tip tədbirlər davam edəcək. Stabil vəziyyət olsa və inflyasiyanın sürəti yavaşlasa, bu proses dayana bilər”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin