Bu şəxslərə 118 min manat geri qaytarıldı

Hazırda oxunan: Bu şəxslərə 118 min manat geri qaytarıldı

71705

2022-ci ilin birinci rübü ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçılar tərəfindən daxil olan 1 975 müraciətə baxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sosial şəbəkədə paylaşım edib. Bu dövr ərzində təmin olunan müraciətlər üzrə istehlakçılara 118 638 manat qaytarılıb, 11 535 manat dəyərində dəymiş ziyan ödənilib.

Müraciətlərin xarakterinə baxdıqda onların arasında malların (xidmətlərin) qüsurlu və keyfiyyətsiz olmasına dair şikayətlər çoxluq təşkil edir.

Bütün müraciətlərin 56 %-i malların qüsurlu və keyfiyyətsiz olmasına, 17 %-i istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılmasına, 3 %-i müqavilə şərtlərinin pozulmasına, 1 %-i ishehlakçılara zəruri və düzgün məlumatların verilməməsinə, 23 %-i isə digər istehlakçı hüquqlarının pozulmasına dair olub.

Qeyd olunub ki, 819 müraciət təmin olunub, 667 müraciətə dair izahat və tövsiyə verilib. Həmçinin, 296 müraciət üzrə araşdırmalar davam edir, 92 müraciət aidiyyəti orqana göndərilib, zəruri sənədlər təqdim edilmədiyi üçün 73 müraciətin baxılması dayandırılıb.
22 müraciətə dair ərizədə qeyd olunan faktlar aşkar edilməyib, 6 müraciətə dair aidiyyəti üzrə müraciət etmələri tövsiyyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin