Azərbaycan sahibkarlarından Qarabağla bağlı Prezidentə MÜRACİƏT

Hazırda oxunan: Azərbaycan sahibkarlarından Qarabağla bağlı Prezidentə MÜRACİƏT

71300

Bu gün Bakıda keçirilən və "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciəti iş adamlarının adından "Azərbaycan Nar İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Fərhad Qaraşov oxuyub.

Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident! Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycanın hərtərəfli inkişaf strategiyası Zati-aliləriniz tərəfindən müdrikliklə və uzaqgörənliklə davam etdirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Mikayıl Cabbarovdan Sahibkarlar Günü ilə bağlı PAYLAŞIM - FOTO


Məhz 20 il bundan əvvəl – 2002-ci ildə Ulu Öndərin 25 aprel-də yerli sahibkarlarla, 14 mayda isə xarici iş adamları ilə görüşlərindən sonra Azərbaycan iqtisadiyyatının, həmçinin sahibkarlığın inkişafında ciddi dönüş baş vermiş, mühüm qərarlar qəbul edilmişdir. İqtisadiyyatın davamlı və dayanıqlı inkişafını təmin edən islahatlar aparılmış, sağlam bazar münasibətləri, azad rəqabət mühiti və güclü özəl sektor formalaşmışdır.

Dövlətimizin genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ixrac potensialı artır. Hazırda ümumdaxili məhsulun 83 faizdən çoxu özəl sektorun payına düşür.

Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində nüfuzlu beynəlxalq biznes hesabatlarında ölkəmizin reytinqi davamlı olaraq yaxşılaşır.

Özəl sektorun inkişafına yüksək diqqət və qayğınızın daha bir əyani göstəricisi olaraq hər il 25 aprel tarixinin Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilməsi biz sahibkarları qürurlandırır, sahibkarların cəmiyyətdə nüfuzunu yüksəldir və yeni uğurlara ruhlandırır.

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

2020-ci ildə Sizin rəhbərliyinizlə rəşadətli Ordumuzun qazandığı böyük Zəfər nəinki milyonlarla azərbaycanlını, türk dünyasını, bütün azərbaycansevərləri qürurlandırır. Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün genişmiqyaslı tədbirlər davam etdirilməlidir.

44 günlük Vətən müharibəsi dövründə Sizin ətrafınızda sıx birləşərək “Dəmir yumruğ”un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqlarımızın iqtisadi cəhətdən dirçəlməsi üçün səylərini daha da gücləndirirlər.
İnanırıq ki, rəhbərliyinizlə Qarabağın hər bir guşəsini birlikdə quracağıq, köçkünlərimizin doğma yurd-yuvalarına qayıdışı tezliklə təmin olunacaqdır.

Biz, Ulu Öndərin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş Konfransın iştirakçıları ölkəmizdə yaradılan əlverişli işgüzar mühitdən yararlanmaqla yeni uğurlara nail olacağımıza inanır və Sizi əmin edirik ki, rəqabətədavamlı istehsalın genişləndirilməsi, dövlətimizin daha da qüdrətlənməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edəcək, əhalinin rifah halının yüksəldilməsi yolunda var gücümüzlə çalışacağıq.

Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin daha da möhkəmlənməsi, xalqımızın əmin-amanlığı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin