“Məlum oluğu kimi, günümüzün təhlükəsizlik paradiqması bir sıra faktorları özündə birləşdirir. Hava, quru və dəniz qoşunlarından əlavə kiberhücumlar dünyanın təhlükəsziliyində 4-cü faktor kimi çıxış edir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin “Pavotek” şirkətinin idarə heyətinin sədri Alpər Özbilən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində səsləndirib.
Alper Özbilən fikirlərinin davamında kibertəhlükəsizlik məsələsinin önəminə də diqqət çəkib:
MÖVZU İLƏ BAĞLI:
Millət vəkili: "BMT nizamnaməsinə əsasən buna hərbi yolla cavab verilə bilər"
“Kiberhücumların ucuz və assimetrik hərbi hücum ünsürü kimi istifadəsinə şahidlik edirik.
İnkişaf edən texnologiyalar təkcə cəmiyyətlərin və dövlətlərin lehinə yox, əlehinə də çıxış edir. Qlobal hücumların vurduğu zərər isə artmaqdadır”.
“Bütün texnolji imkanlarımızı Azərbaycana gətirmək niyyətindəyik. İstər dizayn, istərsə də istehsal sahəsində malik olduğumuz təcrübəni sona qədər paylaşacağıq”, - deyə “Pavotek” sədri əlavə edib.
Murad Əhmədov, Bizim.Media