Azərbaycanda e-ticarətin həcmi yeni rekorda çatdı

Hazırda oxunan: Azərbaycanda e-ticarətin həcmi yeni rekorda çatdı

70933

Cari ilin I rübündə Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 3,178 mlrd. manat həcmində ödəniş həyata keçirilib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni rübü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Qeyd edək ki, təkcə mart ayında istehlakçılar e-ticarət vasitəsilə 1,242 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirib ki, bu da fevral ayı ilə müqayisədə 22,2%, ötən ilin eyni ayı ilə müqayisədə 2,8 dəfə çoxdur.
Xatırladaq ki, 2021-ci ildə əhali e-ticarət şəbəkəsində 7,208 mlrd. manat həcmində ödənişlər həyata keçirib, bu da 2020-ci illə müqayisədə 86% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin