2021-ci ildə Hesablama Palatasının apardığı nəzarət tədbirləri ilə aşkar edilmiş pozuntuların ümumi məbləği 80,1 milyon manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabada bildirilir.
Sənəddə deyilir ki, hesabat ilində pul və natura ifadəsində 35,7 milyon manat vəsaitin bərpası ilə bağlı birbaşa tədbirlər müəyyən edilib, həmin məbləğin 30,8 milyon manatının bərpası, o cümlədən 23,9 milyon manatının pul ifadəsində, 6,5 milyon manatının natura ifadəsində bərpası, 0,4 milyon manatlıq maliyyələşmənin isə azaldılması və yaxud qarşılıqlı hesablaşmaların aparılması təmin edilib.
MÖVZU İLƏ BAĞLI:
Hesablama Palatasının xərcləri gəlirlərini üstələdi
Bərpası ilə bağlı qərar qəbul edilmiş 35,7 milyon manatın 86%-nin icrası təmin olunub. Qalan 4,9 milyon manatın bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılır.
Nöqsanlarla icra edilmiş vəsaitin tərkibində bərpası ilə bağlı Hesablama Palatasının Kollegiyasının birbaşa tədbirlər müəyyən etmədiyi hissə 44,4 milyon manat təşkil edir ki, bunun da 14,1 milyon manatının tam bərpası bir neçə səbəbdən mümkün hesab edilməyib, qalan hissəsi isə digər maliyyə pozuntuları ilə əlaqəli olub.
Bərpası mümkün hesab edilməyən məbləğin böyük hissəsi əsasən elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumlar üzrə formalaşıb.
Bizim.Media