Beynəlxalq Valyuta Fondundan Azərbaycan iqtisadiyyatı ilə bağlı MÜSBƏT PROQNOZ

Hazırda oxunan: Beynəlxalq Valyuta Fondundan Azərbaycan iqtisadiyyatı ilə bağlı MÜSBƏT PROQNOZ

70697

2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 2,8 faiz, ümumi daxili məhsulun nominal həcmi 54,73 milyard dollar səviyyəsində proqnozlaşdırılır.

Bizim.Media bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatına istinadən məlumat verir.

2023-ci ildə isə ÜDM-in 2,6 faiz artacağı proqnozlaşdırılır.

Proqnozlara əsasən, gələn il Azərbaycanın ÜDM-in nominal həcmi 55,98 milyard, 2024-cü ildə 57,6 milyard, 2025-ci ildə 59,56 milyard, 2026-cı ildə 61,8 milyard dollar təşkil edəcək

Qeyd edək ki, BVF-nin ötən ilin oktyabrında dərc olunan "World Economic Outlook" hesabatında Azərbaycan ÜDM-nin 2,3 faiz səviyyəsində artacağı proqnozlaşdırılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin