Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiyaların ödənişini davam etdirir. Aprelin 19-da AKİA tərəfindən payızlıq əkinlərə görə 44 min 423 fermerə, ümumilikdə, 21 milyon 660 min manatdan artıq subsidiya ödənişi həyata keçirilib. Bu gün ödənilən subsidiyalar 111 min 572 hektar əkin sahəsini əhatə edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Bizim.Media-ya bildiriblər ki, 2021/2022-ci il üçün ümumilikdə 880 min 92 hektar əkin sahəsi üzrə 277 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib.
Ödənişin ümumi miqdarı 173 milyon 365 min manatdan çoxdur.
Qeyd edək ki, subsidiyalar “Fermer kartı”larına köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.
Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir.
Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini, sahələrini sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir.
Subsidiyaların ödənişi davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:48 / 19.04.2022
Fermerlərə 21 milyon manatdan çox subsidiya ödənildi
Hazırda oxunan: Fermerlərə 21 milyon manatdan çox subsidiya ödənildi
Hazırda oxunan: Fermerlərə 21 milyon manatdan çox subsidiya ödənildi
70425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.