Azərbaycan əhalisinin ilin birinci rübündə pullarını nəyə xərclədiyi bəlli olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Statistika Komitəsi yayıb.
Mənbə yazır ki, pərakəndə satış şəbəkələrində 11 milyard manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb.
Onlardan 56,5% - qida, içki və siqaret, 5,2% - tekstil, geyim və ayaqqabı, 5,2% - benzin və dizel, 4,7% - elektrik malları və mebel, 2,4% - dərman vasitələri və tibbi ləvazimatlar, 1,1% — kompüter avadanlığı, telekommunikasiya avadanlıqları və çap məhsulları, 14,9% - digər qeyri-ərzaq məhsullarıdır.
Bizim.Media