Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda kredit faizlərinin çox yüksək olduğunu hesab edir. Deputat parlamentdəki son çıxışında Azərbaycanda kreditlərin birrəqəmli faizlərlə verilməli olduğuna diqqət çəkib.
Bank mütəxəssisi Əkrəm Həsənov Bizim.Media-ya açıqlamasında indiki şəraitdə kreditlərin birrəqəmli faizlərlə verilməsini mümkünsüz sayır:
“Ona görə ki, banklar da öz pullarını kredit vermir. Onlar da faktiki olaraq əmanətçilərdən 12 faizlə borc götürür, o pulu necə birrəqəmli faizlə verə bilər? Bundan ötrü dövlət gərək əvvəlcə əmanətlərin sığortalanması faizini endirməli və birrəqəmli etməlidir. İkincisi, bankların digər borc götürdüyü yer Mərkəzi Bankdır. Mərkəzi Bank isə bu günə qədər istədiyi banka kredit verib, istəmədiyinə isə verməyib. Məsələnin elə kökü də budur”.
Ekspert vurğulayıb ki, Mərkəzi Bank pulu 7 faizlə versə də, hər bank o krediti götürə bilmir:
“Bərabərhüquqlu kreditlərin götürülməsinə şərait yaradılmalıdır. Bunu da qanunvericilik səviyyəsində etmək lazımdır və parlamentin əlində olan məsələdir. Qanun qəbul etsinlər və Mərkəzi Bankı müəyyən çərçivəyə gətirsinlər. Üçüncü problem daha böyükdür.
Bu da məhkəmələrdəki çəkişmələrlə bağlıdır. Banklar bilir ki, verdiyi kreditlər üzrə problemlər yaranır və onlar məhkəmələrə düşür. Bankların da məhkəmə və icra məmurlarında qeyri-rəsmi xərcləri çıxır. Bu, məsələlər gərək həllini tapsın. Ondan sonra biz deyə bilərik ki, birrəqəmli faiz olsun”.
İnkişaf etmiş ölkələrlə müqayisədə faiz göstəricilərinin Azərbaycanda daha yüksək olduğunu qeyd edən Əkrəm Həsənov qanunvericilik səviyyəsində xeyli iş görülməli olduğunu bildirib:
“Qərb ölkələri, Avropa, ABŞ və Yaponiyada faiz birrəqəmli və birkreditlidir. Ona görə ki, əmanətdə də birrəqəmlidir. Həmin ölkələrdə bir və iki faizdən yuxarı əmanət yoxdur”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:30 / 19.04.2022
Siyavuş Novruzovun kredit faizlərinin yüksək olması fikrinə REAKSİYA – “Bu elə parlamentin əlindədir”
Hazırda oxunan: Siyavuş Novruzovun kredit faizlərinin yüksək olması fikrinə REAKSİYA – “Bu elə parlamentin əlindədir”
Hazırda oxunan: Siyavuş Novruzovun kredit faizlərinin yüksək olması fikrinə REAKSİYA – “Bu elə parlamentin əlindədir”
70253
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.