Şəkər məmulatlarının ixracı azaldı

Hazırda oxunan: Şəkər məmulatlarının ixracı azaldı

70166

Bu ilin yanvar-mart aylarında Azərbaycana 40 011,77 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlar idxal olunub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Dövlət Gömrük Komitəsi yayıb.

Mənbə qeyd edir ki, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7% azalıb.

Cari ilin ilk üç ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,37%-ə bərabər olub. Hesabat dövründə ölkədən 11 844,65 ton şəkər ixrac edib ki, bu da 2021-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 33,9% azdır. 

İxrac edilən məhsulun dəyəri 7 641,58 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayının göstəricisindən 15,3% azdır. 

Cari ilin ilk iki ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,10%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,05%-ə bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin