Azərbaycana ət, süd və kərə yağının idxalı artdı

Hazırda oxunan: Azərbaycana ət, süd və kərə yağının idxalı artdı

70164

Bu ilin yanvar-mart aylarında Azərbaycana 15 674,52 min dollar dəyərində 9 161,85 ton ət idxal edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Dövlət Gömrük Komitəsi yayıb.
Mənbə qeyd edir ki, bu, bir il öncəki göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 4,8%, həcm göstəricisi üzrə isə 4,2% çoxdur.

Hesabat dövründə ölkəyə 4 137,63 min dollar dəyərində (artım 47,3%) 2 932,78 ton (artım 52,8%) süd idxal olunub.

Bununla yanaşı cari ilin ilk üç ayında 26 910,47 min dollar dəyərində 4 966,88 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 34% və 19,4% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin