Baş nazirdən dərman vasitələri ilə bağlı YENİ QƏRAR

Hazırda oxunan: Baş nazirdən dərman vasitələri ilə bağlı YENİ QƏRAR

69874

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydalarına dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı, o cümlədən yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək.
Qeyd edək ki, “Dövlət rüsumu haqqında qanuna əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı üçün 150 manat rüsum müəyyən edilib.

Dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün 100 manat rüsum, dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün isə 50 manat rüsum ödənilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin