2022-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ÜDM-i illik müqayisədə 10,3% artıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz ÜDM-i isə 0,6% artıb. Nəticədə, 2022-ci ilin yanvar-mart aylarında ölkədə indiki qiymətlərlə 30 037,0 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,8% çox ümumi daxili məhsul istehsal olunub.
ÜDM istehsalının 54,1%-i sənaye, 7,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i tikinti, 2,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,7%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8%-ini təşkil edib.
Qeyd edək ki, əhalinin hər nəfərinə düşən ÜDM 2 990,9 manata bərabər olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:41 / 14.04.2022
Azərbaycanın qeyri-neft ümumi daxili məhsulu I rübdə nə qədər artıb? - RƏSMİ
Hazırda oxunan: Azərbaycanın qeyri-neft ümumi daxili məhsulu I rübdə nə qədər artıb? - RƏSMİ
Hazırda oxunan: Azərbaycanın qeyri-neft ümumi daxili məhsulu I rübdə nə qədər artıb? - RƏSMİ
69614
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.