Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ixracının 51,5 faizini İtaliyaya, 10,4 faizini Türkiyəyə, 4,4 faizini İsrailə, 4,3 faizini Ukraynaya, 3,4 faizini Yunanıstana, 3,0 faizini Portuqaliyaya, hər biri 2,7 faiz olmaqla Tailand və Gürcüstana, 2,2 faizini Birləşmiş Krallığa, 2,1 faizini Rusiyaya, 2,0 faizini Tunisə, 1,6 faizini Hindistana, 1,5 faizini Çexiyaya, 1,4 faizini İspaniyaya, hər biri 1,1 faiz olmaqla Rumıniya və Belarusa, 4,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyd olunan müddət ərzində Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 139 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 91 ölkəyə məhsul ixrac olunub, 130 ölkədən idxal olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:46 / 14.04.2022
Azərbaycan ən çox bu ölkələrə məhsul ixrac edir - SİYAHI
Hazırda oxunan: Azərbaycan ən çox bu ölkələrə məhsul ixrac edir - SİYAHI
Hazırda oxunan: Azərbaycan ən çox bu ölkələrə məhsul ixrac edir - SİYAHI
69562
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.