Qarşıdakı illərdə qlobal qida qıtlığı gözlənilir – Sosioloqdan XƏBƏRDARLIQ

Hazırda oxunan: Qarşıdakı illərdə qlobal qida qıtlığı gözlənilir – Sosioloqdan XƏBƏRDARLIQ

69388

“Azərbaycanın ət bazarında, xüsusilə də mal ətində xarici bazardan asılılığı var. İndiyə kimi ət idxal etdiyimiz ölkələr Ukrayna, Rusiya və Gürcüstan idi. Ukraynadan məlum səbəblərə görə ət idxalı dayanacaq.  Rusiyadan isə ən yaxşı halda daha baha qiymətə ət ala biləcəyik” 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında sosioloq Elçin Bayramlı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna müharibəsi nələri bahalaşdırdı və Azərbaycanda hansı mallarda qıtlıq gözlənilir?


O, qeyd edib ki, yerli bazarı ətlə təmin etmək üçün Azərbaycan Gürcüstan və İrandan keyfiyyətli ət məhsulları ala bilər, amma... 

“Əminliklə deyə bilərəm ki, yerli biznesmenlərin bir çoxu ət bazarımızda yaranmış boşluqlqarı ucuz və keyfiyyətsiz Hindistan əti ilə əvəz etməyə çalışacaqlar. Oradan gələn ucuz və keyfiyyətsiz iribuynuzlu mal-qara əti ziyanlıdır. Çünki, oradakı heyvanların əksəriyyəti hormonal iynələr və s. kimi təsirlərə məruz qalır. Digər halda qeyd etdiyim kimi ölkəyə gələn aşırı ucuz qiymətli  Hindistan ətləri yerli fermerlər üçün öz böyütdükləri heyvanların ətini satmaqda təhlükə yaradacaq. İstənilən halda ətin qiymətinin artması qaçılmazdır”. 

Sosioloq onu da vurğulayıb ki, xarici bazardan asılılığın minimuma endirilməsi lazımdır. Qarşıdakı illərdəki qida tədarükünə gəlincə isə sosioloq qlobal qida qıtlığının gözlənildiyini bildirib: 

“Buna görə artan təlabatımızı ödəmək üçün yerli istehsala ciddi yanaşmalıyıq. Digər bir önəmli məqam ondan ibarətdir ki, məhz bu tipli keyfiyyətsiz məhsullara görə ölkədən xeyli miqdarda maliyyə xaric olunacaq. Bu baxımdan və eləcə də ərzaq tədarükü ilə bağlı bütün ölkələr ciddi tədbirlər görməyə başlayıblar. Azərbaycan da bununla bağlı xüsusi tədbirlər planı hazırlamalıdır”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin