Bu məhsulların istehlak qiymətləri indeksi neçə faiz olub? – SON 3 AYDA

Hazırda oxunan: Bu məhsulların istehlak qiymətləri indeksi neçə faiz olub? – SON 3 AYDA

69295

Cari ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi ötən yanvar-mart aylarına nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117 faiz təşkil edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Dövlət Statistika Komitəsi yayıb.

Mənbə qeyd edir ki, cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, düyünün, unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının, naringinin, heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, limonun, kələmin və xiyarın qiymətlərində müşahidə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin