Azərbaycan və Qazaxıstan Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzərindən multimod daşımalarının daha da inkişaf etdirilməsini müzakirə ediblər.
Bizim.Media QTJ mətbuat xidmətinə istinadən xəbər verir ki, müzakirələr “Qazaqstan Temir Joly” (QTZ) SC-nin idarə heyətinin sədri Nurlan Səurənbayev ilə "Azərbaycan Dəmir Yolları" QSC sədri Cavid Qurbanov arasında keçirilən görüşdə aparılıb.
Tərəflər həmin marşrut boyu ötürücü qabiliyyətinin artırılması, tranzit vaxtının azalması zərurətini qeyd ediblər.
Görüşün sonunda logistika və müştərək layihələrin icrasına dair əməkdaşlıq sazişi imzalanıb.
2021-ci ildə TITR vasitəsilə daşımalar 586,2 min ton, konteyner daşımaları isə 25 270 TEU təşkil edib.
Cari ilin birinci rübündə marşrut üzərindən 266,3 min ton yük daşınıb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 123 % çoxdur. Konteyner daşımaları da 5 847 TEU, yəni ötən ilin müvafiq dövrünə nisbətən 19 % çox olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:09 / 12.04.2022
Azərbaycan və Qazaxıstan arasında saziş imzalandı
Hazırda oxunan: Azərbaycan və Qazaxıstan arasında saziş imzalandı
Hazırda oxunan: Azərbaycan və Qazaxıstan arasında saziş imzalandı
69280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.