İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodu ilk dəfə olaraq Hindistana karbamid gübrəsi ixrac edib.
Bizim.Media Agentliyə istinadən xəbər verir ki, ilkin mərhələdə qarşı tərəfə 5 min tondan çox məhsul göndərilib.
Zavod 2019-cu ildən fəaliyyət göstərir, ölkənin azot gübrəsi idxalından asılılığının aradan qaldırılmasında və yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.
Onun məhsulları “Made in Azerbaijan” brendi ilə Brazilya, Gürcüstan, Türkiyə, Moldova, Rumıniya, İtaliya, Bolqarıstan və s. ölkələrə ixrac edilir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:39 / 12.04.2022
Azərbaycan ilk dəfə Hindistana karbamid gübrəsi ixrac etdi
Hazırda oxunan: Azərbaycan ilk dəfə Hindistana karbamid gübrəsi ixrac etdi
Hazırda oxunan: Azərbaycan ilk dəfə Hindistana karbamid gübrəsi ixrac etdi
69172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.