Turizm sahəsində yeni dövlət standartı qəbul edildi

Hazırda oxunan: Turizm sahəsində yeni dövlət standartı qəbul edildi

68682

Ölkədə turizm fəaliyyətini tənzimləyən milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə AZS 906-2022 “Turizm xidmətləri. Yerləşmə vasitələrinin təsnifatı. Minimum tələblər” yeni dövlət standartı qəbul edilib. 

Bizim.Media-nın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.  

Yeni sənədin qəbul olunması ilə əlaqədar AZS 369-2009 "Turist-ekskursiya xidmətləri. Yerləşdirmə vasitələri.

Ümumi tələblər" və AZS 755-2014 "Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" dövlət standartları qüvvədən düşüb. 

Yeni standartın tətbiqi turizm reyestrində uçotun aparılması, yerləşmə vasitələrinin növünün və kateqoriyasının təyin olunması və göstərilən xidmətlərə görə minimum tələblərin müəyyənləşdirilməsinə şərait yaradacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin