Kənd təsərrüfatı QATARLARI – Azərbaycanda işə düşə bilərmi?

Hazırda oxunan: Kənd təsərrüfatı QATARLARI – Azərbaycanda işə düşə bilərmi?

68536

Kənd təsərrüfatı ixracının stimullaşdıran amillərdən biri də onun nəqli məsələsidir. Xüsusən, fermerlər və kəndlilərin rayondan şəhərə maşınla meyvə-tərəvəz daşıması onların xərclərini artırır, həm də onlar kütləvi şəkildə kənd təsərrüfatı məhsullarını paytaxta hər gün çatdıra bilmirlər. Buna görə də, şəhərdə təmiz mühitdə yetişmiş keyfiyyətli kənd məhsullarına tələbat azalır.

Kənd təsərrüfatında yük qatarlarından niyə az və ya ümumiyyətlə “yox” səviyyəsində istifadə olunur?

Bizim.Media-a danışan iqtisadçı ekspert Akif Nəsirli qatarın daşıma vasitəsi kimi müsbət tərəflərindən danışıb:

“Ümumiyyətlə, qatarlar dünyanın ən ucuz daşıma texnikalarıdır. Azərbaycanda, böyük ehtimal ki, praktikada yük qatarlarından istifadə edilib. Vaxtilə, müxtəlif rayonlar və paytaxt arasında taxta, tikinti məmulatları- daş, çınqıl daşınıb, amma kənd təsərrüfatı məhsulları daşınması praktikası olmayıb”.
 

MÖVZU İLƏ BAĞLI:

Horadiz-Ağbənd dəmir yolunun bir hissəsi istifadəyə verilib - VİDEO


Akif Nəsirli hesab edir ki, yük qatarlarından istifadə nəqliyyat xərclərini azalda bilər:

“Gədəbəydən kartofun kütləvi şəkildə paytaxta və digər böyük şəhərlərə daşınması üçün yük qatarlarından istifadə edilməsi daşınma xərclərini bir neçə dəfə ucuzlaşdıra bilər. Bu qatarlar- belə yükdaşıma vasitələrindən istifadə üçün ölkənin böyük fermerləri buna maraq göstərə bilər. Məlumatım yoxdur ki, fermerlərin də bu qatarlardan istifadəsi üçün şərait yaradılacaq ya yox. Hər halda buna tələbat olarsa, bir qatarda bir neçə vaqonun kənd təsərrüfatı məhsulları üçün istifadə olunması mümkündür”.

Ekspert qeyd edib ki, əvvəl də, indi də ölkələrarası qatarla yükdaşımadan fermerlərimiz bəhrələniblər.

Kənd təsərrüfat məhsulları, məsələn, elə pomidorun xarici ölkələrə daşınması avtomobil nəqliyyatından qat-qat ucuzdur:

“Azərbaycan ərazisi kiçikdir. Burada operativliyi nəzərə alaraq, qatarlardan istifadəyə o qədər də maraq göstərilmir. Qatarla yükdaşımanın bir mənfi cəhəti ondan ibarətdir ki, burada operativlik məsələsi bir az çətindir. Qatarlar yükü ucuz olsa da, bir qədər gec çatdırır. Azərbaycan isə elə böyük ərazi deyil, istənilən nöqtədən digər nöqtəyə qatar uzaqbaşı yarım sutkaya gedə bilər.

Ona görə də, hesab edirəm ki, Azərbaycanda bu praktikadan istifadə etmək olar. Fermerlər beləcə nəqliyyat xərclərini azaldar, lakin bu qədər biz kənd təsərrüfatında məhsul bolluğu yaratmalıyıq ki, bir vaqon 60-80 ton məhsul tutursa, bu vaqonu doldurmaq lazımdır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin