"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin yenilənmiş gözləntilərinə görə, bu il Azərbaycan iqtisadiyyatı real ifadədə 2,7% artacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, ötən il dekabr ayının proqnozu 2,9%-lik artım vəd edirdi.
Bu səbəbdən, reytinq şirkəti Rusiya-Ukrayna münaqişəsinin təsirlərinə məruz qalması səbəbindən bütün MDB+ ölkələrinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna və Özbəkistan) iqtisadi artım üzrə gözləntilərini endirib.
Belə ki, Ermənistanın artım üzrə proqnozu 5,3%-dən 1,3%-ə, Gürcustanın 5,8%-dən 3,2%-ə, Qazaxıstanın 4%-dən 3,4%-ə, Türkmənistanın 3,5%-dən 1,7%-ə, Özbəkistanın isə 5,8%-dən 3,1%-ə endirilib.
Agentliyin qərarına əsasən, Azərbaycan güclü tələbat, eləcə də yüksək qiymətlər mühitində artmış qaz ixracından faydalanacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:52 / 07.04.2022
Azərbaycan iqtisadiyyatında 3 faizə yaxın artım gözlənilir - "Fitch"dən yeni PROQNOZ
Hazırda oxunan: Azərbaycan iqtisadiyyatında 3 faizə yaxın artım gözlənilir - "Fitch"dən yeni PROQNOZ
Hazırda oxunan: Azərbaycan iqtisadiyyatında 3 faizə yaxın artım gözlənilir - "Fitch"dən yeni PROQNOZ
68528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.